"Bakı Dövlət Universiteti" Publik Hüquqi Şəxsi (VÖEN – 1300489621) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Universitetin Qazanxana binasının və “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binası üzrə dayandırılmış tikintinin davam etdirilməsi məqsədilə işlərin satın alınmasıdır. Ehtimal olunan qiymət 10 150 903 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 21 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 523 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Nailə Əsgərli - Şöbə müdiri
[email protected]
+994 12 539 15 36
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 21 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küç. 33 ünvanına təqdim edə bilərlər.












