"Bakı Dövlət Universiteti" PHŞ (VÖEN – 1300489621) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Bakı Dövlət Universitetinin Qazanxana binasının və “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binası üzrə dayandırılmış tikintinin davam etdirilməsi məqsədilə işlərin satın alınmasıdır. Ehtimal olunan qiymət 10 150 903 manat təşkil edir.
Tender 23 yanvar 2026-cı il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 3 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1522,64 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Nailə Əsgərli - Şöbə müdiri
[email protected]
+994 12 539 15 36
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 3 fevral 2026-cı il tarixinə qədər Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küç. 33 ünvanına təqdim edə bilərlər.











