"Azerbaijan International Telecom (Azıntelecom)" MMC "AzIntelecom" MMC-nin təlabatına əsasən "Hökümət buludu layihəsi çərçivəsində mövcüd CİSCO şəbəkə avadanlıqları üçün dəstək və lisenziyaların satın alınması" tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, iki tenderin qalibi "İnnovativ Layihələr Mərkəzi" QSC şirkəti olub. Şirkətlə 1 milyon 055 min 989 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Ekologiya Və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 8 min 662 manat dəyərindəki “Ofis avadanlığı və onların ehtiyyat hissələri” (21.11.2019) tenderini qazanıb.