Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən 4 ədəd avtomobilin satın alınması ilə bağlı elan edilən tender baş tutmayıb.
Dövlət Fondunun ISO sertifikatlaşdırma planı kağız üzərində qaldı – TENDER LƏĞV EDİLDİ!
FED.az xəbər verir ki, ləğvin səbəbi olaraq satınalmada iştirak etmək üçün tələb olunan minimal təchizatçı sayının üçdən az olması göstərilib. Müsabiqəyə müraciət edən şirkətlərin sayı tələblərə uyğun olmadığı üçün tenderin ləğv edildiyi bildirilib.
Tender müsabiqəsi 03 fevral 2025-ci il tarixində elan olunmuş və avtomobillərin ümumi ehtimal olunan qiyməti 165.000 manat olaraq müəyyən edilmişdi. Təkliflərin son təqdim edilmə tarixi 26 fevral 2025-ci il, saat 16:00 kimi nəzərdə tutulmuşdu və həmin gün tender zərflərinin açılması planlaşdırılırdı. Lakin tələb olunan sayda təchizatçı müraciət etmədiyi üçün proses dayandırılıb.
Bu, Azərbaycanda dövlət qurumlarının elan etdiyi tenderlərdə qarşılaşdığı əsas problemlərdən biridir. Şirkətlərin müsabiqədə iştirak etməməsi və ya tələblərə cavab verən şirkətlərin azlığı səbəbindən bir çox satınalma prosesləri uğursuz olur.