“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti xətt təsərrüfatı üçün mal-materialların alınması ilə bağlı keçirilmiş tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, satınalma xətt təsərrüfatında istifadə olunacaq mal-materialların təmin edilməsi məqsədi daşıyıb.
Satınalmanın qalibi “Buta Supply” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətə 2 milyon 155 min 022 manat 02 qəpik ödəniləcək. Ehtimal olunan qiymət isə 2 milyon 436 min 818,60 manat idi.
"Aztelekom" daha öncə də "Buta Supply" MMC -yə 262 min 856,8 manata akkumulyatorların alışı və quraşdırılması işlərini həvalə edib (09.01.2025).
Bildirək ki, "Buta Supply" MMC 11 fevral 2019-cu ildə dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Bəhruz Əhmədov Rizvan oğludur. Hüquqi ünvanı AZ1149, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ 2-Cİ, ev.20











