Zərdab Rayon İHB-nın Zərdab Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi “Yolların təmiri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Şabran-D" MMC olub. 599 min 238 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Quba Suvarma Sistemləri İdarəsinin 114 min 290 manat dəyərindəki “Torpaq məcralı"Aşağı-Xuc"kanalının beton üzlüyə alınması,üzərindəki qurğularla birlikdə təmiri(işin davamı)” (17.11.2022) tenderini qazanıb.