“Azərsu” ASC yeni inzibati binasının son tamamlama işləri üçün tender elan edir.
Eləcə də bax: MİDA yeni yaşayış kompleksi üçün tender elan edir - 24 BİNA
FED.az xəbər verir ki, “Azərsu” yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satın alır.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Moskva prospekti 67, AZ 1012 Bakı, (Əlaqələndirici şəxs : İNTİZAM NOVRUZOV telefon : +994124314767/3019) ünvanından ala bilərlər.
İştirak haqqı: 500 manat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23.10.2020 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.11.2020 20:00 qədər Moskva prospekti 67, AZ 1012 Bakı, ünvanına təqdim etməlidirlər.
Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təkliflərinin açılışı 04.11.2020 16:00 tarixində Moskva prospekti 67, AZ 1012 Bakı, ünvanında aparılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.