"MİDA" MMC yaşayış kompleksinin tikintisi üçün tender elan edir.
Eləcə də bax: 200 ailənin yerləşdiriləcəyi məhəllə 13 milyona başa gələcək – Müqavilələr
FED.az xəbər verir ki, "MİDA" MMC 24 ədəd binanın inşası işlərini alır.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə tikiləcək yaşayış kompleksi üçün keçirilən tender aşağıdakı lot-lardan ibarərdir:
Lot 1: 1, 2, 4 və 5 nömrəli 9 mərtəbəli 2 bloklu, 3 və 6 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi;
İştirak haqqı: 1200 manat.
Lot 2: 7 və 8 nömrəli 9 mərtəbəli 2 bloklu, 9 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi;
İştirak haqqı: 600 manat.
Lot 3: 10 və 11 nömrəli 9 mərtəbəli 2 bloklu, 12 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi;
İştirak haqqı: 600 manat.
Lot 4: 13, 14 və 15 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi;
İştirak haqqı: 600 manat.
Lot 5: 21 və 22 nömrəli 9 mərtəbəli 2 bloklu, 16, 17, 18, 19 və 20 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi;
İştirak haqqı: 1400 manat.
Lot 6: 53 və 54 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi
İştirak haqqı: 500 manat.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z (Əlaqələndirici şəxs : Fariz Abdullayev telefon : +994125945401) ünvanından ala bilərlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23.10.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 02.11.2020 15:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z ünvanına təqdim etməlidirlər.
Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 03.11.2020 15:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z ünvanında aparılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.