Azərsu tenderlərin qalibini açıqlayıb.
Eləcədə bax: BANM tender - ELAN EDİR
FED.az xəbər verir ki, "Azərsu" ASC
1.Avtomatika sahəsinə lazım olan avadanlıq və mal-materialların satın alınması
2.Oğuz-Qəbələ-Bakı su kəmərinin quyuları və regionlarda istismar olunan modul tipli sutəmizləyici qurğular üçün lazım olan nasos aqreqatlarının satınalınması
3.Su sərfölçən cihazların quraşdırılmasına lazım olan mal-materialların satın alınması
4.Nasosxanalarda elektrik təchizatına dair görüləcək işlərinin satınalınması
5.Nəqliyyat vasitələri və xüsusi texnikalar üçün akkumulyator batareyalarının satınalınması
6.Vakuum açarlarının təmiri işlərinin satınalınması üzrə tenderlərində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.
Qaliblər və qaliblərə ödəniləcək məbləğ müvafiq olaraq aşağıdakı kimidir.
1. "MAYBO" MMC - 768 min 999 manat
2. "KASKAD-HİDRO" MMC - 576 min 807 manat
3. "UNIVERSAL PRO" MMC - 2 milyon 80 min 610 manat
4. "KATRİ" MMC - 479 min 999 manat
5. "ŞURATAZ LTD" MMC - 145 min 764 manat
6. "KATRİ" MMC - 179 min 999 manat
Ümumilikdə Azərsu qalib şirkətlərə 4 milyon 232 min 178 manat ödəyəcək.