"Azərsu" ASC tenderlərinin qalibilərini açıqlayıb.
Eləcə də bax: Neft Fondu təmizlik işlərinə - 327 MİN MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, 11 tenderin qalibi 7 şirkət və 1 fiziki şəxs olub. Tenderlərin ümumi məbləği 5 milyon 184 min 130 manat olub.
Tenderin qalibləri, qazandıqları tenderlərin adları və məbləğləri aşağıdakı kimidir:
"Universal Pro" MMC
- Nəqliyyat və xüsusi texnika vasitələri üçün mal-materialların satınalınması – 552 min 561 manat;
- Tikinti mal-materiallarının satınalınması – 1519 min 780 manat;
- Ceyranbatan Ultrasüzgəcli STQK-i üçün elektrik mal-materialları və avadanlıqların – 580 min manat;
"VOSTOK-SERVİS BAKI" QSC
- Fərdi mühafizə vasitələrinin satın alınması – 78 min 796 manat;
- Çəkmələrin satın alınması – 116 min 820 manat;
"EVİM TEKSTİL" MMC
- Xüsusi geyim formalarının satın alınması 161 min 20 manat;
“A ƏND J LİFTİNG” MMC
- Abonent kartı/ smart kart tipli, öncədən ödənişli "Elektromed" su sayğacı üçün – 48 min 809 manat;
"Old Line Traiding Company" MMC
- Maye xlorun satınalınması – 1888 min 944 manat;
"Fuad-Kimya Servis" MMC
- Sukanal ETLİ laboratoriyası üçün tələb olunan rektiv və avadanlıqların satınalınması – 113 min 908 manat;
“SQS Group” MMC
- Qaldırıcı mexanizm 10 tonluq – 49 min 560 manat;
Bəhram Məcid oğlu Əliyev
- Əyləc qəliblərinin satınalınması – 73 min 932 manat;