Dövlət Neft Fondu təmizlik xidmətinin satın alınması üçün keçirdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Dövlət qurumu 35 min manatlıq tibbi maskalar alıb - MÜQAVİLƏ
FED.az xəbər verir ki, tenderin qalibi "ŞEH" MMC olub.
Fond şirkətlə 12 aylıq təmizlik xidmətlərinin satın alınması üçün 327 min manatlıq bağlayıb.
Dövlət Neft Fondu şirkətlə bağladığı müqaviləyə görə aşağıdakı təmizlik işlərini alacaq:
1. ARDNF-ə məxsus ərazidə yerləşən inzibati binanın və digər tikililərin daxili və xarici hissəsində təmizliyin təmin olunması;
2. Binanın 6.500 kv.m sahəni əhatə edən iki səviyyəli yeraltı avtodayanacaq sahəsində təmizliyin təmin edilməsi;
3. Binanın 16.036 kv.m sahəni əhatə edən fasad hissəsinin daim təmiz saxlanılması məqsədilə iddiaçı tərəfindən il ərzində altı dəfədən az on iki dəfədən çox olmamaq şərtilə təmizlik işlərinin (sertifikatlı alpinistlərin xidmətlərindən istifadə etməklə) aparılması;
4. Binanın yerləşdiyi ərazidə təmizliyin daima saxlanılması;
5. İnzibati binanın daxili və həyətyanı sahəsinin abadlığına və yaşıllığına ixtisaslı mütəxəssislər tərəfindən nəzarət olunması;
6. İnzibati binanın 7.000 kv.m sahəni əhatə edən iki səviyyəli yeraltı avtodayanacaq və yardımçı tikili sahələrində il ərzində altı dəfə mübarizə-dezinseksiya və deratizasiya işlərinin aparılması;
7. İnzibati binada aparılacaq təmizlik işlərinə dair proqramın hazırlanması və təqdim edilməsi;
- Binanın daxili və həyətyanı sahəsində təmizliyin təmin olunması üçün cəlb olunacaq işçilərin ümumi sayı;
- Binanın fasad sahəsində təmizliyin təmin olunması üçün cəlb olunacaq işçilərin ümumi sayı;
- Gün ərzində təmizliyin saxlanılması üçün növbədə olacaq işçi qrupunun yaradılması və say tərkibinin müəyyən olunması;
- İddiaçı tərəfindən təmizliyin təmin olunması üçün cəlb olunan işçilərin iş qrafikinin-saatlarının təyin olunması;
- Bağban və aqronom xidmətlərinin təmin olunması üçün cəlb olunan işçilərin iş qrafikinin-saatlarının təyin olunması;
- Mübarizə-dezinseksiya və deratizasiya işlərinin planlaşdırılması və işçi sayının təyin olunması;
- Aparılacaq işlər üzrə nəzarət mexanizminin (Menecer və Supervayzer) formalaşdırılması;
8. Təmizlik işlərinin aparılması üçün tələb olunacaq təmizlik vasitələrinin və avadanlıqlarının təmin edilməsi;
9. İnzibati binanın sanitar qovşaqlarında quraşdırılmış “Kimberly-Clark” markalı vasitələrin təyinatına uyğun olaraq maye sabun, quru salfetka, hava təravətləndirici və s gündəlik təminatı və nəzarəti; 10. Ehtiyac yarandıqda xalça və yumşaq mebellərin kimyəvi təmizlənməsi;
11. Ehtiyac yarandıqda mərmər döşəmə sahələrinin kristalizasiyasını təmin etmək;
12. Məişət tullantılarının gündəlik binadan uzaqlaşdırılması;
13. İddiaçıların zəruri hesab etdikləri digər xidmətlər.