"AZƏRSU" Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, yol boyu su və kanalizasiya xətlərinin tikintisi və s. tenderlərinin qalibləri açıqlayıb.
Eləcə də bax: 256 ailəlik fərdi yaşayış evləri tikiləcək - 15,8 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR BAĞLANIB
FED.az xəbər verir ki, "AZƏRSU" 10 şirkətlə 17 milyon 173 min 624 manat dəyərində müqavilə bağlayıb. Aşağıda müqavilə bağlanan şirkətlər və məbləğləri verilib.
“Hidro İnşaat Servis” MMC Buzovna və Bilgəh qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün müvafiq olaraq789 min 600 manatlıq və 493 min 500 manatlıq müqavilə bağlanmışdır.
"Sənaye tikinti" MMC Binəqədi rayonunun 28 may və Abşeron rayonunun Pirəküşkül qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün müvafiq olaraq 789 min 600 və 296 min 100 manatlıq müqavilə bağlanmışdır.
“Araz-İnşaatçı” MMC Suraxanı rayonunun Bülbülə qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 987 min manatlıq müqavilə bağlanmışdır.
“İ and R Construction” MMC Pirallahı rayonunun Dübəndi və Pirallahı qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün müvafiq olaraq 690 min 885 və 986 min 839 manatlıq müqavilə bağlanmışdır.
“Mühəndis Tikinti Layihə” MMC Zabrat və Sabunçu qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün hər iki qəsəbə ilə bağlı 296 min 100 manatlıq müqavilə bağlanmışdır.
“ArchiCO” MMC Ceyranbatan və Kür su təmizləyici qurğularında 11 ədəd nasos avadanlığının dəyişdirilməsi üçün 3 milyon 948 min manatlıq müqavilə bağlanmışdır.
“Protean Construction” ASC Binəqədi və Biləcəri qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün müvafiq olaraq 987 min manatlıq və 789 min 600 manatlıq, Babək prospektinin yenidən qurulması ilə əlaqədar yol boyu su və kanalizasiya xətlərinin tikintisi üçün 1 milyon 480 min 500 manatlıq müqavilə bağlanmışdır.
“Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filial Şüvəlan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması 2 milyon 270 min 100 manatlıq müqavilə bağlanmışdır.
“Express Xim Servis” MMC Maştağa qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 789 min 600 manatlıq müqavilə bağlanmışdır.
“Arko” Təmir Tikinti Şirkəti MMC Mərdəkan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 1 milyon 283 min 100 manatlıq müqavilə bağlanmışdır