Azərpambıq Aqrar Sənaye Kompleksinin "Cari mövsüm ilində tədarük ediləcək xam pambığın kiplərə yığılıb saxlanılmasını təmin etmək məqsədi ilə kip şal dəstinin satın alınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmədir (DSQ 11,2-ci maddə, 3-cü hal).
Ləğv etmə mətnində bildirilir ki, tender tender predmetinin maliyyələşdirilməsi dayandırıldığından ləğv edilir.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.