Azərpambıq Aqrar Sənaye Kompleksi açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə cəmiyyətin balansında olan müxtəlif modelli traktorların və avtomobillərin soyutma sistemi üçün mayenin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305532271
Satınalan təşkilatın ünvanı: AZ1065 Bakı şəhəri, Yasamal r-nu,Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə
Müsabiqənin başlama tarixi və vaxtı: 28.04.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.05.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 30.05.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 31.05.2023 11:00
Çatdırılma yeri - Cəmiyyətin Şirvan şəhərində yerləşən Mərkəzi anbarına təhvil verilməlidir
Çatdırılma müddəti - 30 (otuz) təqvim günü
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Sona Əliyeva, Böyük mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994555001384
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının son 3 (üç) illik analoji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar
Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd
İxtisas göstəriciləri: Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Antifriz G12 sinifli |
MTZ 1221,mühərrik D 260,MTZ 80 mühərrik D245.243.240 mühərrik,Landini 125 mühərrik Perkins, Engine fuel sistem Denso |
13.023,9 |
litr |
2 |
Cool-Gard |
JOHN DEERE ,8520,8420 ,8230,7830 mühərrik 6081 modelli,John DEERE 9970. |
2.089,5 |
litr |