Azərpambıq Aqrar Sənaye Kompleksi "Yaşar Makina modelli dizel mühərrikli səyyar su nasoslarının ehtiyyat hissələrinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Kaskad Hidro M" MMC seçilib.
Qalib şirkətə 174 767 manat ödəniləcək.
"Kaskad Hidro M" MMC bundan əvvəl Goranboy Suvarma Sistemləri İdarəsinin 45 694 manat dəyərindəki "Nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması" tenderinin qalibi seçilib (19.04.2023 ).