“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC Saatlı PİEZ-də yenidən qurulması işlərində istifadə olunacaq tikinti materiallarının satınalınması məqsadilə açıq tender elan edir.
Şəhər İcra Hakimiyyəti abadlıq işləri üzrə tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Elçin Hüseynov, telefon +994(55) 500-51-12 və ya [email protected]).
İştirak haqqı: İddiaçı iştirakçı statusunu almaq üçün 100 (yüz) manat məbləğdə iştirak haqqının ödənilməsini yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak edən iddiaçılar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
1.Tender təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
2.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
3.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2021-ci ili əhatə etməli);
4.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);
5.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
6.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
7.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);
8.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verilməlidir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27.07.2021-ci il saat 12:00 tarixinə qədər, bank təminatını və tender təklifini isə 04.08.2021-ci il saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 05.08.2021-ci il saat 12:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.