Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2021-ci ildə abadlıq işlərinin satınalınması məqsədilə açıq tender elan edir.
Dövlət Turizm Agentliyi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender İştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər.Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz. Əlaqələndirici şəxs Elsevər Quliyev telefon (021) 215-32-88. Ünvan: Şirvan şəhəri, İstiqlaliyyət prospekti-12.
Tenderdə iştirak etmək istəyənlər dövlət satınalmalarının vahid internet portalında “Asan ödəniş” sisteminə keçid edərək iştirak haqqını aşağıda göstərilən hesaba nağdsız ödəniş etməklə azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron portal üzərindən əldə edə bilər.
İştirak haqqı:
LOT-1 – 350 (üç yüz əlli) manat
Təşkilat: Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
13 saylı Regional Xəzinədarlıq İdarəsi
Hesab №-si:
AZ52CTRE00000000000002513037
VÖEN: 2100568691
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab:
AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayışlar tender komissiyasının adına olmalıdır);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti (Forma 1, Forma 2);
- iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının gördüyü anoloji işlər haqqında məlumat;
- tender təkilifi (zərflər açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır); - Digər sənədlər, o cümlədən maddi texniki bazası, maşın, mexanizm və digər texnikanın mövcudluğu;
Sənədlər azərbaycan dilində tərtib olunmalıdır. Xarici dildə olan tender təklifləri azərbaycan dilinə tərcümə olunmalıdır.
Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirələcəkdir.
LOT-1 “Abadlıq işləri” üzrə iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 09 avqust 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 13 avqust 2021-ci il saat 11:00-dək portal vasitəsi ilə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təklif olunan təkliflər qəbul olunmayacaqdır.
Tender təklifləri 18 avqust 2021-ci il tarixdə saat 11:00-da elektron portal vasitəsilə açılacaqdır.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.