“Azərkosmos” agentliyi “Azersky” peykinin sığortalanması xidmətlərinin satın alınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 450 manatdır, müsabiqə noyabr ayının 18-də başlayır, tələb olunan sənədlər dekabrın 9-dək, tender təklifləri isə dekabr ayının 19-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 20-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5
Qeyd edək ki, təklif məbləği (AZN) olaraq göstərilməlidir (bütün vergilər daxil); müqavilə bir illik müddətə imzalanır (01.01.23 – 01.01.24) ; sığorta olunacaq əmlakın dəyəri 24.3 milyon Avrodur.