“Azərkosmos” agentliyi "Mövcud infrastrukturun genişləndirilməsi və dayanıqlığın artırılması məqsədilə şəbəkə avadanlıqlarının satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Oce Solutions” MMC olub. Şirkətlə 275 min 793 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Maliyyə Nazirliyinin 44 min manat məbləğindəki “Maliyyə Nazirliyinin aparatına alt “Mühafizə olunan şəbəkəsinin” yaradılması və sazlanması” (11.12.2020) tenderini qazanıb.