“Azərksomos” Agentliyi “Azerspace-1” peykinin sığortalanması xidmətlərinin satın alınması” üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır. Müsabiqə dekabr ayının 19-da başlayır. Tələb olunan sənədlər yanvarın 12-dək, təkliflər isə yanvarın 23-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 24-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5
Qeyd: Təklif məbləği (AZN) olaraq göstərilməlidir (bütün vergilər daxil); müqavilə bir illik müddətə imzalanır (01.02.23 – 01.02.24) ; sığorta olunacaq əmlakın dəyəri 80 milyon ABŞ dollarıdır