“Azəristiliktəchizat” ASC ötən il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Eləcə də bax: Nazirlik tanınmış hüquqşünasdan - 200 MİN MANATLIQ MƏSLƏHƏT ALIB
FED.az xəbər verir ki, iddiaçılar təkliflərini mayın 19-u, saat 12:00-dan gec olmayaraq səhmdar cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Əlaqələndirici şəxs Zamiq Səmədovdur (Telefon: (012) 579 52 98).
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş təkliflərini 19 may 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.