Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Əkrəm Həsənovdan hüquqi dəstək xidmətləri alıb.
Eləcə də bax: Mədəniyyət Nazirliyi festivallara - BÖYÜK MƏBLƏĞ XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, nazirlik məsləhət xidmətini "Əkrəm Həsənov və partnyorları" MMC-dən alıb. Nazirlik MMC ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi "Əkrəm Həsənov və partnyorları" MMC ilə “pensiya, sosial sığorta və sosial müavinət məsələləri üzrə 400-ü 1-ci instansiya, 192-si apelyasiya məhkəməsi, 46-sı kassasiya instansiyalarında olmaqla ümumilikdə 638 iş üzrə məhkəmələrdə hüquqi dəstək xidmətlərinin satın alınması üçün 185 min 300 manatlıq müqavilə imzalayıblar.
Qeyd edək ki, Əkrəm Həsənov hal-hazırda “Əkrəm Həsənov və Partnyorları” MMC-nin idarəedici partnyorudur.