“Azərişıq” ASC Ağdam şəhərində görüləcək işlər üzrə keçirilən tenderlə bağlı açıqlama yayıb.
FED.az xəbər verir ki, açıqlamaya əsasən tenderin vaxtı dəyişdirilib.
Açıqlamada deyilir: 2023-cü il avqustun 18-də “Ağdam şəhəri ərazisində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim -Tədris Kompleksinin tikintisi” işlərinin satın alınması üçün dərc edilmiş açıq tender elanında tarixlər aşağıdakı kimi oxunmalıdır.
İddiaçılar tenderdə iştirak üçün hüquqi sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21 sentyabr 2023-cü il saat 15.00-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 29 sentyabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri 2 oktyabr 2023-cü il saat 15.00-da Bakı, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaq.