“Azərişıq” ASC (VÖEN: 9900069391) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə Zəngilan rayonu Alıbəyli və Zəngilan yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinin satın alınmasına dair elan olunub. Satınalmanın ehtimal olunan qiyməti 810 min 36 manat 80 qəpikdir.
Təkliflərin son təqdim olunma tarixi 14 oktyabr 2025-ci il saat 15:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 15:00-da keçiriləcək.
İştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manatdır.
Əlaqələndirici şəxs: Namik Heybətov – Layihə və müsabiqələrin təşkili şöbəsinin müdiri
Əlaqə: [email protected], +994 50 211 51 21
İddiaçılar təkliflərini 14 oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, Bakıxanov küçəsi 13, AZ1065 ünvanına təqdim edə bilərlər.