"Azərişıq" ASC "Zəngilan şəhəri ərazisində yeni 35/0,4 kV-luq "Zəngilan" Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması" tenderini yekunlaşdırıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Light City" MMC (VÖEN: 1604093691) olub. Şirkətlə 6 198 759 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, "Light City" MMC bundan əvvəl də "Azərişıq"dan Zəngilan rayonu ərazisində "Ağıllı kənd" layihəsi əsasında yenidənqurma işləri aparılmışAğalı kəndinin (Birinci Ağalı, İkinci Ağalı və Üçüncü Ağalı kəndləri ilə birlikdə) ("ağıllı kənd") xarici elektrik təchizatı məqsədilə 35 kV-luq iki dövrəli ÖİN kabel xəttinin çəkilməsi işlərinin satınalınması" tenderi üzrə 4 854 150 manatlıq sifariş alıb (04.05.2022).