“Azərişıq” ASC “110/35/10 kV-luq Füzuli yarımstansiyası ilə yeni 35 kV-luq Füzuli Rəqəmsal yarımstansiya və İdarəetmə Mərkəzi arasında 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Energy Services” MMC olub. Şirkətlə 795 956 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkə bundan əvvəl qurumun 3 795 198 manat məbləğində “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Astanlı, Aşağı Qaramanlı, Dördlər kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderinin qalibi seçilib (25.11.2022).