“Azərişıq” ASC ““Azərişıq” ASC Salyan rayonu, 20 Yanvar, Nazim Babayev küçələrində, Arbatan kəndi ərazisində 6-10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “Uni Energy Services” QSC olub. Şirkətlə bağlanmış müqavilənin dəyəri 4 milyon 702 min 722.7 manatdır
Qeyd edək ki, şirkət bundan əvvəl də “Azərenerji” ASC tərəfindən edilmiş 940 min 489.17 manat dəyərindəki “Elektrik Stansiyalarında istifadə olunacaq müxtəlif energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və yenilərinin tədarük olunması)" tenderinin qalibi seçilib (22.10.2021).