“Azərişıq” ASC “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Masallı rayonu Tatyanoba, Güllütəpə, Yeni Zuvand, Əmirtürbə, Meşəkənarı və Məmmədxanlı kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Smart Energy Services" MMC olub. Şirkətlə 4 milyon 127 min 987.52 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl qurumun 3 milyon 948 min 301.54 “Şəmkir rayonu İrmaşlı kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderi üzrə müqavilə bağlanılıb (06.12.2022) .