“Azərişıq” ASC “Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC olub. Şirkətlə bağlanmış müqavilənin dəyəri 934 min 796.5 manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl Şəki Şəhər İcar Hakimiyyəti tərəfindən edilmiş 534 min 177.74 manat dəyərindəki “Şəki şəhərində Yolların asfalt-betonla əsaslı təmiri işləri" tenderinin qalibi seçilib (15.12.2022).