“Azərişıq” ASC “Şamaxı rayonu, Böyük Xınıslı kəndinin elektrik təchizatının yaxşılaşdırılması və yeni yaradılan infrastrukturun elektrik enerjisi ilə təmin olunması məqsədilə görüləcək işlər” tenderinin nəticələrini elan edib.
Bu şirkət nazirlikdən 1,1 milyonluq - SİFARİŞ ALDI
FED.az xəbər verir ki, tenderin qalibi “İntegras” MMC olub.
Qalib şirkətə 5 610 404 manat ödəniləcək.
Qeyd edək ki, “İntegras” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhsəti Həsənova Hüseynalı qızıdır. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq, ev 214, m. 99 ünvanında yerləşir.