“Azərsu” ASC “Güc transformatorunun satınalınması» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «Universal PRO» QSC olub. Şirkətlə 1 milyon 239 min 902 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də “Azərbaycan Hava Yolları” QSC-nin 496 min 229 manat məbləğində “Azərbaycan Hava Yolları” QSC üçün tikintidə istifadə olunan mal, material, alət və avadanlıqların satınalınması“ (11.11.2022) tenderini qazanıb.