“Azərişıq” ASC “Sabirabad rayonu, Qaratuğay və Ətcələr kəndləri ərazisində 10 və 6 kV-lıq hava xəttinin,KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Bakımexanizasiyanəqliyyat" MMC olub. Şirkətlə 3 milyon 785 min 769.48 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl qurumun 12 milyon 044 min 124.01 “Şağan və Şüvəlan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması” tenderi üzrə müqavilə bağlanılıb (04.07.2022) .