“Azərişıq” ASC “Cəbrayıl rayonu Horovlu, Şükürbəyli kəndlərinin və Xudafərin qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri” tenderinin nəticələrini elan edib.
Bu şirkət Cəbrayılda 41 milyon manata GES tikəcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Harmony İndustrial Construction and Engineering Group” MMC olub.
Qalib şirkətlə 10 010 611 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 165 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlövsət Orucov Bilal oğludur. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 52, m. 20 ünvanında yerləşir.