“Azərenerji” ATSC “Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisitemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
Laçında 4,8 milyon manatlıq tikinti - TENDERİ ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Electro İndustries” QSC olub.
Qalib şirkətlə 40 907 135 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Electro İndustries” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin Qurbanov Telman oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 187B ünvanında yerləşir.