«Azərişıq» səhmdər cəmiyyəti ölkənin müxtəlif ərazilərində görüləcək işlərlə bağlı ümumi məbləği 11 milyon manatdan artıq olan 4 böyük tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlər Kəlbəcər, Cəlilabad və Neftçala rayonlarını əhatə edir. Bu tenderlərdə "SMART ENERGY SERVİCES" MMC, "İNTEGRAS" MMC, "İTES COMPANY" QSC qalib gəlib.
Beləliklə,
Kəlbəcər rayonu, Qamışlı yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq kabel xətlərinin çəkilməsi və müxtəlif güclərdə KTM-lərin quraşdırılması işlərinin satın alınması tenderini "SMART ENERGY SERVİCES" MMC qazanıb – 3 milyon 410 min 367 manat
Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Cəlilabad rayonu Buravar, Şatırlı kəndləri , Neftçala rayonu Mürsəlqulu kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri tenderini - "İNTEGRAS" MMC qazanıb – 2 milyon 976 min 856 manat.
Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Qaraqaşlı, Beşdəli, Cəngən, Ərəbqardaşbəyli, kəndləri əzisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri – tenderində "SMART ENERGY SERVİCES" MMC qalib gəlib – 3 milyon 294 964 manat.
Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması tenderində "İTES COMPANY" QSC qalib gəlib – 1 milyon 729 min 331 manat.