Xəbər verildiyi kimi, «Azərsu» ASC Tovuz, Ağstafa və Qazax rayonlarının bir sıra sərhədyanı kəndlərinin içməli su təminatının yaxşılaşdırılması işləri üzrə tenderin nəticələrini açıqlayıb.
23,7 milyon manatlıqişləri nəzərdə tutan tenderin qalibi “T.T.Ş. İNŞAAT” MMC olub.
FED.az xəbər verir ki, “T.T.Ş. İNŞAAT” MMC-nin dövlət tenderləri tarixçəsi bu şirkətin adətən böyük tenderlər qazandığını göstərir.
Belə ki, “T.T.Ş. İNŞAAT” MMC (VÖEN 1600121371) indiyədək cəmi 5 dövlət tenderində iştirak etsə də, həmişə böyük məbləğli sifarişlər alıb. Buna qədər olan 4 tender Məcburi Köçkünlərin Sosial Inkişaf Fondunun tenderləri olub. İndiyədək şirkət bu tenderlər vasitəsilə 39,2 milyon manatlıq sifarişlər ələd edib.
Beləliklə, “T.T.Ş. İNŞAAT” MMC-nin qazandığı tenderlər
13.05.2019 - Məcburi Köçkünlərin Sosial Inkişaf Fondu – Kürdəmir rayonu ərazisində 563 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 4 mərtəbəli yaşayış binalarının, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləri – 2 088 160 AZN
31.10.2019 - Məcburi Köçkünlərin Sosial Inkişaf Fondu – Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 245 ailəlik Qarakeçdi qəsəbəsində 49 ədəd fərdi yaşayış evlərinin tikintisi – 3 751 990 AZN
12.12.2019 - Bakı şəhəri, Qaradağ rayonunda müvəqqəti məskunlaşmış 180 məcburi köçkün ailəsi üçün "Ümid" qəsəbəsi ərazisində zəruri texniki infrastrukturu olan 5 mərtəbəli 60 mənzilli 1 №-li yeni yaşayış binasının tikintisi – 3 346 918 AZN
26.12.2019 - Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 45 mənzilli 6 №-li və 54 mənzilli 20 №-li binaların tikintisi – 6 247 054 AZN
21.09.2022 - "AZƏRSU" Açiq Səhmdar Cəmiyyəti – “Tovuz, Ağstafa və Qazax rayonlarının bir sıra sərhədyanı kəndlərinin içməli su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması – 23 740 790 AZN
Xatırladaq ki, “T.T.Ş. İNŞAAT” MMC 05.11.2003-də təsis edilib, hüquqi ünvanı Bakı Şəhəri Nizami Rayonu, Babək Pr., ev 53-də yerləşir. Nizamnamə kapitalı 27 411 150 manatdır. Hüquqi təmsilçisi Xalıqverdi Məmmədov Malça oğludur.