Milli Onkologiya Mərkəzi “Şüa avadanlıqlarına və digər tibbi avadanlıqlara texniki xidmətlərin göstərilməsi, onların cari təmiri və təmir-əvəzləmə işləri ilə bağlı hissələrinin və detallarının satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri-Med” QSC olub. Şirkətlə 3 milyon 711 min 799.22 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 1 milyon 983 min 869.16 manat dəyərindəki “Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin satın alınması (II elan) Açıq tender“ tenderi üzrə müqavilə imzalanıb (06.12.2022) .