“AzerGold” QSC təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda “AzerGold” QSC-nin aparatında istismarda olan İT avadanlıqların təmiri xidmətlərinin satın alınması nəzərdə tutulur.
İştirak haqqı 50 manatdır.
Qiymət təklifi sorğusu iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az satınalmalar bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə qiymət təklifi sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar qiymət təklifi sorğusu şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 02 avqust 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Qiymət təklifi sorğusunda iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan mal/material, iş və ya xidmətlər haqqında məlumat;
- Xidmətlərin göstərilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır)
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar qiymət təklifi sorğusu üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra qiymət təklifi sorğusu şərtlərini əldə edə bilərlər.
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Xidmətlərin siyahısı:
№ |
Xidmətlərin adı |
Ölçü vahidi |
Miqdarı |
|
||
Dell Vostro 3500 |
|
|||||
1 |
Klaviaturanın yenisi ilə əvəz olunması |
Dəfə |
3 |
|
||
2 |
Trakpadin yenisi ilə əvəz olunması |
Dəfə |
2 |
|
||
3 |
Ekranın yenisi ilə əvəz olunması |
Dəfə |
2 |
|
||
4 |
Daxili ventilyatorun yenisi ilə əvəz olunması |
Dəfə |
1 |
|
||
5 |
Korpusun yenisi ilə əvəz olunması |
Dəfə |
1 |
|
||
6 |
Batareyanın yenisi ilə əvəz olunması |
Dəfə |
3 |
|
||
Dell Latitude 3510 |
|
|||||
7 |
Klaviaturanın yenisi ilə əvəz olunması |
Dəfə |
3 |
|||
8 |
Trakpadin yenisi ilə əvəz olunması |
Dəfə |
2 |
|||
9 |
Ekranın yenisi ilə əvəz olunması |
Dəfə |
2 |
|||
10 |
Daxili ventilyatorun yenisi ilə əvəz olunması |
Dəfə |
1 |
|||
11 |
Korpusun yenisi ilə əvəz olunması |
Dəfə |
1 |
|||
12 |
Batareyanın yenisi ilə əvəz olunması |
Dəfə |
3 |
|||
Dell Vostro 5502 |
||||||
13 |
Ekranın yenisi ilə əvəz olunması |
Dəfə |
1 |
|||
14 |
Daxili ventilyatorun yenisi ilə əvəz olunması |
Dəfə |
2 |
|||
15 |
Korpusun yenisi ilə əvəz olunması |
Dəfə |
1 |
|||
16 |
Batareyanın yenisi ilə əvəz olunması |
Dəfə |
2 |
|||
- Xidmətlər müqaviləyə ediləcək əlavələr əsasında, tərəflər arasında belə əlavələr bağlandıqdan sonra İcraçı tərəfindən 3 (üç) iş günündən gec olmamaqla həyata keçirilən diaqnostikada əks olunan məlumatlar və aradan qaldırılmalı olan nasazlıqlar əsasında 50 (əlli) təqvim günü ərzində tərəflər arasında təhvil-təslim aktı təsdiqlənməklə təhvil verilməlidir. İcraçı tərəfindən diaqnostikanın nəticəsi barədə Sifarişçiyə elektron şəkildə məlumat verilməli, nasazlıqlar və təmir olunmalı hissələr əks olunmalıdır.
- Qeyd olunmuş xidmətlər çərçivə sazişi əsasında satın alınacaq.
Təchizatçılar QTSMX 4 - də göstərilən sənədləri, həmçinin qiymət təklifi və qiymət təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 03 avqust 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Qiymət təklifi sorğusu üzrə təklif zərflərinin açılışı 04 avqust 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.