“AzerGold” QSC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “AzerGold” QSC-nin Dayanıqlı İnkişaf fəaliyyətinin qiymətləndirilməsi üzrə məsləhət xidməti və Dayanıqlı İnkişaf hesabatının hazırlanmasına dəstəyin göstərilməsi və Məhdud Əminlik Bəyannaməsinin təqdim olunması xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 200 manatdır.
Satınalma prosedurunda iştirak etmək istəyən təchizatçılar [email protected] elektron poçt ünvanına və ya kağız daşıyıcıda yazılı şəkildə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 26 iyul 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Tenderdə iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan xidmətlər haqqında məlumat;
- Xidmətlərin yerinə yetirilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- İcraçının ən azı 8 (səkkiz) il Davamlılıq xidmətləri təcrübəsinə malik olması barədə təsdiqedici məlumatlar (müqavilə, təhvil-təslim aktları və tövsiyyə məktubları).
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra əsas şərtlər toplusunu əldə edə bilərlər.
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Xidmətlərin siyahısı:
№ |
Xidmətlərin adı |
Xüsusiyyəti |
1. |
Dayanıqlı fəaliyyətin diaqnostikası və əhəmiyyətli mövzuların müəyyən edilməsi |
Dəyər zəncirinin təhlil edilməsi və əsas maraqlı tərəflərin müəyyən edilməsi |
Daxili və xarici maraqlı tərəflərin ehtiyac və gözləntilərinin müəyyən edilməsi üçün müvafiq sorğu və müsahibələrin keçirilməsi |
||
Sifarişçinin daxili sənədləri, siyasətləri, strategiyaları nəzərdən keçirilməsi və qiymətləndirilməsi |
||
Mədənçilik sahəsində qlobal dayanıqlılıq tendensiyalarını, eləcə də müvafiq standartların, çərçivələrin (framework) və institutların tələblərinin nəzərdən keçirilməsi |
||
Sənayedə ən qabaqcıl təcrübələrin müqayisəli təhlilinin aparılması (ən azı 5 analoq şirkətinin təhlili) |
||
Sifarişçinin müxtəlif struktur bölmələri və biznes prosesləri tərəfindən dayanıqlı inkişaf mövzularının idarə olunmasının təhlili və əsas diqqət nöqtələrinin müəyyən edilməsi |
||
Aparılan təhlillər nəticəsində, Sifarişçinin fəaliyyəti və əsas maraqlı tərəfləri (stakeholders) üçün əhəmiyyətli olan mövzuların və əlaqəli əsas fəaliyyət göstəricilərinin (ƏFG) müəyyənləşdirilməsi |
||
Diaqnostikanın nəticələrinə uyğun olaraq boşluqların, təkmilləşdirmə sahələrinin, habelə potensial risklərin və imkanların müəyyən edilməsi |
||
Diaqnostika nəticələrinin məsul şəxslərlə razılaşdırılması və Sifarişçinin biznes proseslərində müəyyən olunmuş boşluqları əhatə edən hesabatın hazırlanması |
||
Dayanıqlı inkişaf konsepsiyası, mədənçilikdə əsas trend, risk və imkanlar, eləcə də diaqnostikanın nəticələri ilə tanışlıq məqsədilə rəhbər əməkdaşlara təlim sessiyasının keçirilməsi |
||
2. |
Dayanıqlı inkişaf üzrə yol xəritəsinin hazırlanması |
Diaqnostika zamanı aşkar edilmiş boşluqların minimuma endirilməsini və ƏFG-lərin Cəmiyyətin biznes proseslərinə inteqrasiyasını təmin etmək məqsədilə tədbirlərin müəyyən edilməsi (aşağıdakılar nəzərə alınmaqla):
|
Həyata keçirilməsi üçün tövsiyə olunan daxili dayanıqlılıq siyasətlərinin siyahısı, mövcud daxili yanaşma və dayanıqlılıq idarəetmə sistemlərində tələb olunan dəyişikliklər, əhəmiyyətli ƏFG-lər və digər tövsiyyələri əks etdirən yekun yol xəritəsinin Sifarişçinin rəhbərliyi ilə müzakirəsi və razılaşdırılması |
||
3. |
Sifarişçinin 2020-2022-ci illəri əhatə edən Dayanıqlı İnkişaf hesabatının hazırlanmasında dəstəyin göstərilməsi və Hesabatda əks olunan məlumatlara (2020-2022-ci illər üzrə) Məhdud Əminlik Bəyannaməsinin təqdim olunması |
Məsul şəxslər üçün GRI (Qlobal Hesabat Təşəbbüsü) standartlarının əsas tələbləri, o cümlədən Hesabat üçün məlumatların toplanması və hesablanmasına dair təlim/vorkşopun keçirilməsi |
Hesabatın əhatə dairəsinin və strukturunun müəyyən edilməsində dəstəyin göstərilməsi |
||
Müəyyən olunmuş ƏFG-lərə əsaslanaraq, açıqlanması tövsiyə olunan əsas mövzular üzrə əhəmiyyətlilik matrisinin hazırlanmasında dəstəyin göstərilməsi |
||
Hesabatda əks olunacaq üç illik kəmiyyət və keyfiyyət məlumatların toplanması üçün sorğu formalarının hazırlanması, Sifarişçi tərəfindən doldurularaq İcraçıya təqdim edilən sorğu formaları üzrə toplanılan məlumatların ilkin təhlili |
||
Seçilmiş üç illik məlumatlara dair sübutların və ilkin sənədlərin yoxlanılması və auditi, yerlərə (ofis və ya önəmli istehsalat sahələrinə) səfərlərin edilməsi |
||
Sifarişçi tərəfindən yazılan Hesabatın strukturuna və məzmununun GRI standartları tələblərinə uyğunluğuna dair şərhlərin verilməsi, eləcə də açıqlanan məlumatların doğruluğunun yoxlanılması |
||
Audit zamanı və Hesabatın təhlili nəticəsində aşkar edilmiş əhəmiyyətli təhriflərin məsul şəxslər / rəhbərliyə bildirilməsi |
||
GRI Standartlarına və ISAE 3000-ə istinad edərək müstəqil məhdud əminlik bəyannaməsinin təqdim edilməsi (müddət Sifarişçi ilə razılaşdırılmalıdır, həmçinin bəyannamə İngilis və Azərbaycan dillərində elektron və kağız daşıyıcıda təqdim edilməlidir) |
||
Sifarişçinin növbəti dayanıqlı inkişaf hesabatlarının hazırlanması prosesinin təkmilləşdirilməsi məqsədilə daxili sistem və proseslərə dair müşahidə və tövsiyələri əhatə edən Hesabatın (məlumatların auditi yekunlaşdıqdan və Dayanıqlı İnkişaf hesabatı hazırlandıqdan sonra təqdim ediləcək) Rəhbərliyə təqdim edilməsi |
1.İcraçı Xidmətləri Müqavilə imzalandıqdan sonra ona bütün tələb olunan məlumatların təqdim edilməsi nəzərə alınmaqla 6 (altı) ay ərzində icra etməlidir.
Təchizatçılar TMX 4-də göstərilən sənədləri, həmçinin tender təklifi və tender təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 10 avqust 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender üzrə təklif zərflərinin açılışı 11 avqust 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.