“AzerGold” QSC-nin baş ofisi üçün bitkilərə qulluq göstərilməsi xidmətlərinin satın alınması ilə bağlı qiymət təklifi sorğusu elan edir.
(elan tarixi: 04.09.2023)
FED.az xəbər verir ki, qiymət təklifi sorğusu iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az satınalmalar bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə qiymət təklifi sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar qiymət təklifi sorğusu şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 13 sentyabr 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Qiymət təklifi sorğusunda iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan mal/material, iş və ya xidmətlər haqqında məlumat;
- Xidmətlərin göstərilmə şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.)
- Bitkilərin xüsusi məhsullarla yuyulması zamanı istifadə ediləcək pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin sertifikatı (maddələr qapalı sahədə (ofis daxili) istifadə üçün nəzərdə tutulmalıdır).
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar qiymət təklifi sorğusu üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra qiymət təklifi sorğusu şərtlərini əldə edə bilərlər.
İştirak haqqı – 50 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Xidmətlərin SİYAHISI (QİYMƏT CƏDVƏLİ)
Xidmətlərin adı |
Xüsusiyyətləri |
Ölçü vahidi |
Miqdarı |
|
1 |
Bağban xidmətləri
|
Xidmət göstəriləcək bitkilər (ümumi say 225 ədəd):
Xidmətlərin təsviri:
|
dəfə |
12 |
- İcraçı Xidmətləri Müqavilə imzalandıqdan sonra 12 (on iki) ay ərzində, həftədə 1 dəfə, aylıq 4 dəfə olmaqla Sifarişçinin Bakı şəhəri, Mikayıl Müşfiq 2H ünvanında yerləşən ofislərində göstərməlidir.
Təchizatçılar QTSMX 4 - də göstərilən sənədləri, həmçinin qiymət təklifi və qiymət təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 14 sentyabr 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Qiymət təklifi sorğusu üzrə təklif zərflərinin açılışı 15 sentyabr 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.