“Azərenerji” ASC 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevirilməsi və paylanılması üçün müxtəlif malların satın alınması ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, tələblərə cavab verən, ən aşağı qiymət təklif edən “Smart Energy Solutions” QSC tenderin qalibi müəyyən olunub.
Qalib gəlmiş təşkilatla müvafiq satınalma müqaviləsi imzalanıb.