“Azərenerji” ATCS “330 kV-luq ikidövrəli “330/33 kV-luq Şəfəq GES – 330/110/10 kV-luq Cəbrayıl YS” EVX-nin tikintisi işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
Qarabağda böyük tikinti tenderləri uduldu – 90 milyon manatlıq sifariş – ŞİRKƏTLƏR, SİYAHI
FED.az xəbər verir ki, tenderin qalibi “Azərelektrik Tikinti Quraşdırma” MMC olub.
Qalib şirkətlə 5 714 634 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Azərelektrik Tikinti Quraşdırma” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ziya Əşrəfzadə Mustafa oğludur. Hüquqi ünvanı AZ1095, Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun, ev 25, m. 28 ünvanında yerləşir.