“Azərenerji” ASC 100 MVt-lıq günəş elektrik stansiyalarının enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kV-luq iki dövrəli elektrik verilişi xətlərinin (EVX) tikintisi işlərinin satın alınması üzrə tenderi başa çatdırıb.
Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq - TENDERLƏR QAZANDI
FED.az xəbər verir ki, tenderin qalibi “Azərelektrik Tikinti Quraşdırma” MMC (VÖEN: 1404754281) olub.
Qalib şirkətə 24 165 668 manat ödəniş ediləcək.
“Azərelektrik Tikinti Quraşdırma” MMC əvvəllərdə də bir neçə dövlət tenderində qalib olub. Şirkət 4 mart 2020-ci ildə “Azərişıq” ASC-nin Şamaxı rayonunda 35 kV-luq 1 dövrəli “Çuxuryurd-Meysəri” elektrik veriliş xəttinin tikintisi işlərinin satın alınması üzrə tenderində qalib gəlmiş və 2 239 536 manatlıq müqavilə bağlamışdır. Daha sonra, 24 may 2024-cü ildə “Azərenerji” ASC-nin 330 kV-luq ikidövrəli “330/33 kV-luq Şəfəq GES – 330/110/10 kV-luq Cəbrayıl YS” EVX-nin tikintisi işlərinin satın alınması tenderində də qalib gələrək 5 714 633 manatlıq sifariş əldə etmişdir.
Qeyd edək ki, "Azərelektrik Tikinti Quraşdırma" MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Ziya Əşrəfzadə Mustafa oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 25, mənzil 28-də yerləşir.