“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Dövlət Agentliyinin tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
FED.az xəbər verir ki, tenderdə 100 MVt-lıq günəş elektrik stansiyalarının enerjisistemə inteqrasiyası çərçivəsində 110 kV-luq yarımstansiyanın tikintisi və yuvanın quraşdırılması işləri nəzərdə tutulur.
Tenderin qalibi “Electro Industries” QSC (VÖEN: 1401861671) olub. Qalib şirkətlə 21 197 468 manat dəyərində müqavilə imzalanıb.
Şirkət əvvəllərdə də “Azərenerji”nin iri məbləğli tenderlərini qazanıb. 13 iyun 2024-cü ildə Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi işləri müqabilində 40 907 135 manat dəyərində müqavilə imzalayıb.
Bundan əlavə, 15 avqust 2019-cu ildə 2 033 168 manatlıq “110/35/6 kV-luq Sumqayıt-3 YS-dan Yağ, Plastik və Karton zavodlarına 35 kV-luq Kabel Xəttinin çəkilməsi” işlərinin satın alınması tenderini qazanıb.
Qeyd edək ki, “Electro Industries” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin Qurbanov Telman oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 187B ünvanında yerləşir.