17 yanvar 2026-cı il saat, 11.00-da“Lənkəran-Taxıl” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 137 ünvanında cəmiyyətin inzibati binasında olacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1."Lənkəran-Taxıl” ASC-nin illik maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatının müzakirəsi və təsdiqi;
2.Digər məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 137 ünvanında yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 776 65 52











