Mərkəzi Gömrük Hospitalı “SOCAR Polymer” şirkətinin “təcili tibbi yardım xidməti”-nin göstərilməsi ilə bağlı elan etdiyi tenderin qalibi olub.
FED.az xəbər verir ki, tenderin şərtlərinə görə Mərkəzi Gömrük Hospitalının ambulansı və yüksəkixtisaslı təcili yardım həkimləri kimya sənayesinin region üzrə lideri olan “SOCAR Polymer” şirkətinin əməkdaşlarına sutkada 24 saat təcili tibbi yardım xidməti göstərəcək.
Eləcə də bax: "Şahdağ Turizm Mərkəzi" avtomobillər alır - TENDER ELANI
Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa hospitalın ambulansı tibbi təxiyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.
Eləcə də bax: "AZƏRALÜMİNİUM" yükdaşıma xidməti axtarır - TENDER ELANI
Marja