Azərbaycanda tütün istehsalı ilə bağlı statistik göstəricilər məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə ümumilikdə 3 128 hektar sahədə tütün yığımı aparılıb və nəticədə 8 352 ton təmizlənmiş məhsul əldə edilib.
İstehsalın mütləq əksəriyyəti Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür. Bu iqtisadi rayonda 2 913 hektar sahədən 7 897,2 ton məhsul yığılıb. Xüsusilə Şəki rayonunda 1 805,5 hektar sahədən 5 418,4 ton məhsul əldə olunub və məhsuldarlıq 30 sentner/hektar təşkil edib. Qax rayonunda 474 hektar sahədən 993,3 ton (məhsuldarlıq 21 sentner/hektar), Zaqatala rayonunda 403 hektar sahədən 808,4 ton (məhsuldarlıq 20,1 sentner/hektar), Oğuz rayonunda 177 hektar sahədən 510,1 ton (məhsuldarlıq 28,8 sentner/hektar), Balakən rayonunda 43,5 hektar sahədən 155 ton (məhsuldarlıq 35,6 sentner/hektar), Qəbələ rayonunda isə 10 hektar sahədən 12 ton (məhsuldarlıq 12 sentner/hektar) məhsul yığılıb.
Digər regionlardakı göstəricilər isə aşağıdakı kimidir:
Gəncə-Daşkəsən iqtisadi rayonunun Goranboy rayonunda 180 hektar sahədən 399,2 ton məhsul götürülüb , məhsuldarlıq 22,2 sentner/hektar təşkil edib.
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda 20 hektar sahədən 30 ton məhsul əldə edilib (məhsuldarlıq 15 sentner/hektar).
Lənkəran-Astara iqtisadi rayonunun Masallı rayonunda isə 15 hektar sahədən 25,6 ton tütün yığılıb ki, burada da məhsuldarlıq 17,1 sentner/hektar təşkil edib.












