“Bu il Azərbaycandakı dövlət satınalmaları ilə bağlı aparılan təkmilləşdirmələr hesabına elektron satınalmaların dəyəri 630,3 milyon manat təşkil edib ki, bu da həmin dövrdə ümumi satınalmaların 15,4%-nə bərabərdir”.
Eləcə də bax: “Dövlət satınalmaları ilə bağlı yeni hüquqi bazanın formalaşdırılmasına ehtiyac var”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib.
“Dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 96% təşkil edib”, - deyə o qeyd edib.