Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2019-cu ildə yol tikintisi və təmiri ilə əlaqədar olaraq ümumi məbləği 39,5 milyon manat olan 12 tender müqaviləsi bağlayıb. Bu tenderlər 10 şirkətlə imzalanıb.
Eləcə də bax: Azərbaycanda abadlaşmaya - BU QƏDƏR PUL XƏRCLƏNİB- MƏBLƏĞ, SİYAHI
FED.az xəbər verir ki, agentliyin ən böyük tenderlərini "AZ-İnşaat" MMC və "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti qazanıb. Şirkətlərin hər biri 4,9 milyon manatlıq tender qazanıb.
Bundan başqa “ATF” MMC və "Yol İnşaatçısı" MMC şirkətləri hər biri 2 tender qazanıb. “ATF” MMC 6,7 milyon manat, "Yol İnşaatçısı" MMC 4 milyon manat məbləğində tender qazanıb.