Hazırda 5 min manatdan 50 min manatadək olan dövlət satınalmaları kotirovka seqmentinə aid edilir. Bu seqmentin böyüdülərək 100 min manatadək çatdırılması və kotirovka sorğularının da elektron portal vasitəsilə aparılması nəzərdə tutulur.
Eləcə də bax: Məmməd Abbasbəyli: "Kotirovkalar da elektron portal vasitəsilə keçiriləcək"
FED.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.
Xidmətin rəis müavini qeyd edib ki, yeni "Dövlət satınalmaları haqqında" qanun layihəsindəki yeniliklərdən biri iştirak haqlarının optimallaşdırılmasıdır:
"Şirkətlərin tenderlərdə geniş iştirak etməmələrinin səbəblərindən biri də tenderlərin iştirak haqlarının böyük məbləğlərdə olmasıdır. Elə tenderlər var ki, həcmləri böyük olmasa da, iştirak haqları çox yüksək olur. Yüksək iştirak haqqı şirkətləri çəkindirir, üstəlik inam da yoxdur ki, bu proses şəfaf getməyəcəkdir. Yeni "Dövlət satınalmaları haqqında" qanun layihəsində elektron satınalmalarda iştrak haqlarının optimallaşdırılması nəzərdə tutulub. Bu da kiçik və orta sahibkarların tenderlərdə iştrak etməyə maraqlarını artıracaqdır". (Marja)